Xəbərlər

Tramp: Çinlə ədalətli razılaşma əldə edəcəyik

“Çinlə ədalətli razılaşma əldə edəcəyik”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə müsahibəsində bildirib.

“Hazırda bir çox ölkə ilə gömrük və ticarət müqavilələri bağlamaq üçün aktiv müzakirələr aparırıq. Bu danışıqların sonunda bir çox razılaşmalara imza atılacaq ki, bu razılaşmalar həm ABŞ, həm də digər ölkələr üçün ədalətli olacaq. Biz Çinlə də ədalətli müqavilə bağlayacağıq. Hazırda bu barədə danışıqlar aparılır. Hamı atdığımız addımların bir hissəsi olmaq istəyir. Bu razılaşmalar nəticəsində ölkədəki gəlirlər artacaq, vətəndaşlarımızın ödədiyi vergiləri azaldacağıq”, – prezident əlavə edib.