Xəbərlər

Tramp: Həmişə Si Cinpinə rəğbət bəsləmişəm

“Çin prezidenti Si Cinpinlə əla münasibətlərə malikəm. Bununla belə, onunla danışıqlarım çox çətin kecir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp “Truth Social”da yazıb.

“Mən həmişə Cinpinin siyasətini bəyənmişəm və bəyənəcəyəm. Lakin o, çox inadkardır və onunla razılaşmaq olduqca çətindir!” – Tramp qeyd edib.

İyunun 2-də Ağ Ev bildirib ki, Tramp və Si Cinpinlə bu həftə telefon danışığı apara bilər. Mayın 30-da Amerika lideri Çin lideri ilə söhbətinin baş tutacağına və ticarət sahəsindəki fikir ayrılıqlarını aradan qaldıra biləcəklərinə əmin olduğunu bildirib.