“İran hökuməti düzgün qərar verməli və nüvə silahı əldə etmək imkanından əl çəkməlidir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
“Mən sülh sazişi görmək istərdim. Onların ehtiyacları olan hər şeyi, böyük miqdarda nefti, aktivləri, silahları var. Buna baxmayaraq nüvə silahı əldə etmək istəyirlər. İranın nüvə silahı ola bilməz. Və əgər onlar bu istiqamətdə hərəkət etməyə qərar versələr, bu, çox pis seçim olacaq. Biz nəsə etmək istəmirik, lakin başqa seçimimiz olmayacaq”, – Tramp vurğulayıb.