Xəbərlər

Tramp: İsrailə səfər etməyi planlaşdırmıram

ABŞ prezidenti Donald Tramp gələn həftə Yaxın Şərqə səfəri zamanı İsrailə səfər etməyəcəyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

“Mən bu dəfəki səfərimdə İsrailə səfər etməyi planlaşdırmıram. Amma nə vaxtsa, biz yəqin ki, ora da səfər edəcəyik”, – Tramp əlavə edib.