“Kanada ABŞ-ın 51-ci ştatı olarsa, daha yaxşı olar”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.
“Düşünürəm ki, Kanadanın 51-ci ştat olması daha yaxşı olardı. Biz ildə Kanadaya 200 milyard dollar subsidiya veririk. Mən bunun olmasına icazə verməyəcəyəm. Niyə biz Kanadaya ildə 200 milyard dollar subsidiya ödəməliyik? Kanada və Meksika gömrük vergilərin qarşısını almaq üçün kifayət qədər tədbir görmür. Bu yaxşı deyil. Mən bu siyasəti dəyişəcəyəm”, – Tramp qeyd edib.