“Kanadaya ildə 200 milyard dollardan çox subsidiya veririk. Niyə? Bu davam edə bilməz. Məntiqli olan tək şey Kanadanın 51-ci ştatımız olmasıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Prezident Kanadadan ABŞ-a gələn bütün polad və alüminium məhsullarına 25 faiz əlavə vergi tutulacağını da bildirib.