Xəbərlər

Tramp: Kiyevlə sazişə əsasən, 350 milyard dollar gəlir əldə edə bilərik

“Kiyev hakimiyyəti ilə bağlanmış faydalı qazıntılar haqqında sazişə əsasən, ABŞ nəzəri olaraq 350 milyard dollardan çox vəsait qazana bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Bu gün biz elə bir sövdələşmə əldə etdik ki, nəzəri olaraq təxminən 350 milyard dollardan çox pul əldə edə bilərik. Nadir torpaq metalları Ukrayna üçün böyük sərvətdir. Qeyd olunan məbləğ Kiyev hakimiyyətinə maliyyə tranşları şəklində və keçmiş ABŞ prezidenti Co Bayden tərəfindən silah tədarükü yolu ilə ötürülüb”, – Tramp qeyd edib.