ABŞ prezidenti Donald Tramp mühafizəkar Xristian Demokrat İttifaqı və Xristian Sosial Birlik (CDU/CSU) blokunu növbədənkənar Bundestaq seçkilərində qazandıqları qələbə münasibəti ilə təbrik edib və almanların sağlam düşüncəyə malik olmayan siyasi gedişlərdən bezdiyini deyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
“Mühafizəkarlar seçkidə böyük və çoxdan gözlənilən qələbə əldə etdilər. Birləşmiş Ştatlarda olduğu kimi, Almaniya xalqı da illərdir üstünlük təşkil edən sağlam düşüncə çatışmazlığından, enerji problemlərindən və immiqrasiyadan yorulub”, – deyə Amerika prezidenti qeyd edib.