ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırdığını bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Amerika lideri Ağ Evdə fərmanlar imzalayarkən jurnalistlərə müsahibəsində deyib.
“Mən Putinlə görüşəcəyəm. Bizim görüşümüz tezliklə baş verə bilər. Rusiya lideri ilə danışmalıyam. Çoxları müharibənin bir həftəyə bitəcəyini düşünürdü, amma üç ildir ki, müharibə davam edir. Hər şey baş verə bilər, amma düşünürəm ki, bu müharibəni bitirmək çox yaxşı olardı”, – prezident bildirib.