Xəbərlər

Tramp: Qrenlandiya ABŞ-a qoşulsa, faydalı tərəf olacaq

“Qrenlandiya sakinləri ABŞ-a qoşulmaqdan faydalanacaqlar”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.

“Qrenlandiya heyrətamiz bir yerdir, əgər o, ölkəmizin bir hissəsi olarsa, Qrenlandiya xalqı bundan böyük fayda görəcək. Biz Qrenlandiyanı şər dünyadan qoruyacağıq”, – Tramp bildirib.

Qeyd edək ki, ötən ilin sonunda Tramp özünün “Truth Social” səhifəsində yazıb ki, “Vaşinqtonun Qrenlandiya üzərində nəzarətə ehtiyacı var”.