“Birləşmiş Ştatlar Qrenlandiyada yeni iş yerləri yaratmaq və onun rifahını yaxşılaşdırmaq üçün milyardlarla dollar sərmayə qoymağa hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
“Konqresin birgə iclasındakı çıxışımda açıqladığım kimi, Birləşmiş Ştatlar Qrenlandiya xalqının öz gələcəyini təyin etmək hüququnu qətiyyətlə dəstəkləyir. Biz yeni iş yerləri yaratmaq və sizi zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq və bizi seçsəniz, dünyanın ən böyük ölkəsi olan Amerika Birləşmiş Ştatlarının bir hissəsi olacaqsınız!” – dövlət başçısı qeyd edib.