Xəbərlər

Tramp: Rusiya və Ukrayna ilə danışıqlarımız uğurlu oldu

ABŞ prezidenti Donald Tramp bazar günü Rusiya və Ukrayna ilə həftə sonu uğurlu danışıqlar apardığını söyləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə prezident Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz həqiqətən son bir neçə gündə Rusiya və Ukrayna ilə çox yaxşı danışıqlar apardıq. Mən sizə deyim ki, iki tərəf arasında, hətta onların generalları arasında bir-birinə qarşı böyük nifrət var. Buna baxmayaraq bizim danışıqlarımız çox uğurlu oldu”, – prezident əlavə edib.