Xəbərlər

Tramp: Rusiyanın Ukraynaya hücumları Baydenin səhvidir

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın Sumi şəhərinə hücumunun “dəhşətli” olduğunu və müharibənin başlanmasının keçmiş ABŞ prezidenti Co Baydenin günahı olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə prezident jurnalistlərə müsahibəsi zamanı deyib.

Rusiyanın Sumiyə hücumu ilə bağlı suala Tramp belə cavab verib: “Mən bunun dəhşətli olduğunu düşünürəm”.

“Ümumiyyətlə, bütün müharibələr dəhşətlidir. Mən prezident olsaydım, bu ölkədə heç vaxt müharibənin başlamasına icazə verməzdim. Bu, mənim müharibəm deyil. Bu, Baydenin müharibəsidir. Mən sadəcə onu dayandırmağa və çox sayda insanın həyatını xilas etməyə çalışıram”, – Tramp vurğulayıb.