Xəbərlər

Tramp Si Cinpinlə görüşməyə hazır olduğunu təsdiqləyib

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə görüşə hazır olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Əlbəttə. Si Cinpin mənim dostumdur. Ona dərin hörmət edirəm. Lakin buna baxmayaraq onlar ölkəmizlə yaxşı rəftar etməlidirlər”, – Tramp qeyd edib.