“Vaşinqton Suriya problemləri ilə məşğul olmamalıdır və ABŞ administrasiyası Amerika qoşunlarının Suriya Ərəb Respublikasından çıxarılması ehtimalı ilə bağlı qərar verəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Biz Suriyaya müdaxilə etmirik. Bu, onların problemidir. Suriyalıların kifayət qədər problemləri var. Onların bizim müdaxiləmizə ehtiyacı yoxdur”, – Tramp əlavə edib.