Xəbərlər

Tramp Ukrayna danışıqları üçün İstanbula gəlməyə hazırdır

ABŞ prezidenti Donald Tramp bildirib ki, lazım gələrsə, mayın 16-da İstanbula gəlməyə hazırdır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp Dohada səfərdə olarkən deyib.

“Düşünürəm ki, biz Rusiya və Ukrayna ilə yaxşı iş görəcəyik. Fikirləşin: hər həftə orta hesabla 5000 əsgər öldürülür. Gəlin görək buna necə son qoya bilərik. Putinin İstanbula gedəcəyini deyə bilmərəm, amma dövlət katibi Marko Rubio oradadır. Marko fantastik iş görür”, – Tramp bildirib.