Xəbərlər

Tramp: Vaşinqtondakı atışma antisemitizm aktıdır

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda, Yəhudi Muzeyi qarşısında İsrail səfirliyinin iki əməkdaşının ölümü ilə nəticələnən atışmanının kökündə antisemitizmin dayandığını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə prezident sosial şəbəkə hesabında qeyd edib.

“Bu dəhşətli qətllər indi dayandırılmalıdır! ABŞ-da nifrət və radikalizmə yer yoxdur”, – Tramp əlavə edib.