Xəbərlər

Tramp və Zelenski arasında Ağ Evdə qalmaqal yaşanıb

Xəbər verdiyimiz kimi, dünən Ukrayna prezidenti Volodimir Zelenski mineral ehtiyatlarla bağlı razılığa gəlmək və müqavilə imzalamaq üçün ABŞ-a səfər etmişdi.

“Füyuzat”ın məlumatına görə, kameralar önünə keçən liderlər mətbuata açıqlama verərkən, onlar arasında narazılıq yaranıb və bu, sonrada qalmaqala çevrilib.

Tərəflər bir-birini müxtəlif məsələlər ətrafında ittiham edib, ortaq məxrəcə gələ bilməyiblər. Nəticədə görüş yarımçıq qalıb və məqsədə çatılmayıb.

Dünya mediası bu məsələni Rusiyanın “qazanclı” çıxacağı bir reallıq kimi dəyərləndirir.

Həmçinin bəzi Avropa dövlətləri artıq Ukraynaya sona qədər dəstək olacaqları barədə mövqe bildiriblər.