Xəbərlər

Tramp: “Ya tezliklə Ukraynada razılaşma əldə olunacaq, ya da heç olmayacaq”

“Ukrayna nizamlanmasına dair razılaşma ya nisbətən tez əldə olunacaq, ya da heç olmayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə birgə mətbuat konfransında bildirib.

Trampın sözlərinə görə, Ukrayna nizamlanması məsələsində “böyük irəliləyiş” əldə olunub.

“Mən düşünürəm ki, işlər olduqca sürətlə gedir. Bu, nisbətən tez baş verəcək və ya heç olmayacaq”, – Amerika prezidenti qeyd edib.