ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynanın nadir torpaq elementləri ilə bağlı müqavilə imzalamaq üçün fevralın 28-də Vaşinqtona gələ biləcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Zelenski cümə günü Vaşinqtona səfər etmək istəyir, mən buna etiraz etmirəm”, – Tramp qeyd edib.