Xəbərlər

Trampın xüsusi elçisinin təyyarəsi Moskvaya enib

“ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoffun təyyarəsi Moskvanın “Vnukovo” hava limanına eniş edib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Flightradar” izləmə xidməti məlumat yayıb.

Qeyd edilib ki, cümə axşamı səhər saatlarında Gulfstream G650 təyyarəsi Dohadakı Həmad Beynəlxalq Hava Limanından havaya qalxıb. Bakı vaxtı ilə saat 12:40 radələrində təyyarə Latviya istiqamətindən Rusiya hava məkanına daxil olub.

Daha əvvəl, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ tərəfdən Ukrayna nizamlanması üzrə nümayəndələr Rusiyaya uçacaq və bu gün müvafiq təmaslar olacaq.