Xəbərlər

Turçin: Trampın tarif qərarı bir çox qeyri-müəyyənlik yaratdı

“ABŞ prezidenti Donald Trampın əksər xarici ölkələrə gömrük rüsumları tətbiq etmək qərarı hələ də xeyli qeyri-müəyyənlik yaradır”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarusun Baş naziri Aleksandr Turçin deyib.

“Düşünürəm ki, bu, prinsipcə bir qədər vaxt aparacaq. Tramp özünü iş adamı kimi aparır: daha çox tələb et – o zaman görək necə sövdələşək. Ona görə də gözləyirəm ki, dünya buna necə reaksiya verəcək. Ən azından ABŞ-ın əsas ticarət tərəfdaşları – Avropa İttifaqı (Aİ), Çin və Yaponiyanın mövqeyi maraqlıdır”, – Turçin bildirib.

Bu addımların dünyaya və xüsusən də Belarusa necə təsir edəcəyi ilə bağlı sualı cavablandıran Baş nazir deyib: “Bunu zaman göstərəcək. Ümumiyyətlə, bu barədə çoxlu müxtəlif xəbərlər var”.