Xəbərlər

Türkiyə bütün sərhədlərində təhlükəsizlik tədbirlərini gücləndirib

“Türkiyə ordusu İran da daxil olmaqla sərhədlərində təhlükəsizlik tədbirlərini artırıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyindən bildirilib.

“Türkiyə Silahlı Qüvvələri ölkə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən müasir texniki sistemlərlə sutkada 24 saat növbətçilik edir. İranla sərhəd də daxil olmaqla, bütün sərhədlərimizdə gücləndirilmiş və əlavə təhlükəsizlik tədbirləri görülüb. Nəzarətsiz miqrasiya yoxdur”, – məlumatda qeyd olunub.