Türkiyə Respublikası ilə Monqolustan arasında strateji tərəfdaşlığın qurulması ilə bağlı birgə bəyannamə və 10 müqavilə imzalanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
İlk müqaviləni TRT-nin baş direktoru Mehmet Zahid Sobacı monqolustanlı həmkarı Qanxuyaq Gerel ilə imzalayıb.
Türkiyə Respublikası ilə Monqolustan arasında strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyannaməni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux imzalayıb.