“Dekabrın 7-8-də keçiriləcək Doha Forumu çərçivəsində Türkiyə, Rusiya, İran və Qətərin yüksək rütbəli nümayəndələrinin Suriyadakı vəziyyətlə bağlı görüş keçirəcəyi gözlənilir”.
“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 2-də Suriyadakı vəziyyəti həll etmək üçün Astana formatını canlandırmaq və yaxın vaxtlarda Türkiyə, Rusiya və İran arasında nazirlər görüşünün keçirilməsi planlarını açıqlayıb.