Xəbərlər

Türkiyə MN: Son bir həftədə 59 terrorçu zərərsizləşdirilib

İraq və Suriyanın şimalında keçirilən əməliyyatlarda son bir həftədə 59 terrorçu zərərsizləşdirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) məlumat yayıb.

MMN-nin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında bildirib ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) müdafiə və hərbi əməliyyatlar çərçivəsində artan təzyiqlərlə hər cür təhdid və təhlükəyə qarşı mübarizəsini davam etdirir.

Aktürk bu çərçivədə son bir həftədə 59 terrorçunun zərərsizləşdirildiyini bildirib: “1 yanvardan bu günə qədər zərərsizləşdirilən terrorçuların sayı 521-i İraqın, 630-u isə Suriyanın şimalında olmaqla 1151-ə çatıb”.

Həmçinin Aktürk bu həftə İraqın şimalındakı sığınacaq bölgələrindən qaçan 1 PKK terrorçusunun Haburdakı sərhəd məntəqəsinə təslim olduğunu da qeyd edib.