Xəbərlər

Türkiyə ordusunun Ədən körfəzindəki səlahiyyət müddəti uzadılıb

Türkiyə Böyük Millət Məclisində Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Ədən körfəzi, Somali sahilləri, Ərəbistan dənizi və ətraf bölgələrdəki hərbi dəniz ünsürlərinin xidmət müddətinin 10 fevral 2025-ci il tarixindən bir il müddətinə uzadılması ilə bağlı təklif qəbul edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qanun layihəsində 2008-2021-ci illər arasında Ədən körfəzi, Somali ərazi suları və açıq dənizlər, Ərəbistan dənizi və ona bitişik bölgələrdə baş verən dəniz quldurluğu və silahlı soyğunçuluq aktlarına qarşı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrinin qəbul edildiyi xatırladılıb.

Bu çərçivədə Türkiyə Böyük Millət Məclisinin 10 fevral 2009-cu il tarixli qərarının uzadılması ilə TSQ ünsürlərinin sözügedən bölgədə əlavə bir il xidmət etməsinə icazə verilib.