Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Şahbaz Şərifin sabah Laçın Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəkləri bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda inşa etdiyi üçüncü hava limanı olan Laçın Beynəlxalq Hava Limanı sabah keçiriləcək mərasimlə istifadəyə veriləcək.