Xəbərlər

Türkiyə Suriyaya yardım üçün koordinasiya mexanizmi yaradıb

Türkiyə hakimiyyəti Suriyaya yardım göstərmək üçün koordinasiya mexanizmi yaradıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan bildirib.

“Biz ümid edirik ki, ABŞ-ın Suriyaya qarşı sanksiyaları qismən ləğv etməsindən sonra Avropa İttifaqı tərəfindən qəbul edilmiş bir sıra məhdudiyyətlər də yaxın günlərdə aradan qaldırılacaq. Suriyalılar bizim qardaşlarımızdır və təbii ki, Suriyanın sabitliyi və iqtisadi cəhətdən inkişafı bizim üçün əhəmiyyət kəsb edir”, – Fidan qeyd edib.