Xəbərlər

Türkiyə və İngiltərə texnologiya investorları əməkdaşlıq imkanlarını müzakirə ediblər

Türkiyə ilə İngiltərə arasında investisiya əməkdaşlığının qiymətləndirilməsi məqsədilə Türkiyə-İngiltərə Texnologiya İnvestorları Görüşü keçirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Türkiyənin Londondakı Səfirliyi və Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin birgə təşkil etdiyi “Venture Connect: Türkiyə-İngiltərə Texnologiya İnvestorları Görüşü”ndə iki ölkənin aparıcı vençur kapitalı fondlarının nümayəndələri bir araya gələrək investisiya əməkdaşlıqlarını dərinləşdirmək imkanlarını müzakirə ediblər.