Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya Xizək Mərkəzində oteldə baş verən yanğın nəticəsində ölənlərin sayı 66-ya çatıb, 51 nəfər yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, yanğın söndürülüb, hazırda soyutma işləri aparılır.