Türkiyənin Konya vilayətində yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində 3 nəfər ölüb, 33 nəfər yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
“Qəzadan sonra dərhal bölgəyə təcili tibbi yardım, yanğınsöndürmə, jandarma və polis qrupları cəlb edilib. Yaralı vətəndaşlarımız müxtəlif xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilib. Qəza ilə bağlı araşdırma işi aparılır. Qəzada həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik”, – məlumatda bildirilib.