İnönü Universitetinin Türk Dili və Ədəbiyyatı Bölməsinin Türk Xalq Ədəbiyyatı kafedrasının müdiri Dr. Gülcan Kızılözen AMEA Folklor İnstitutunun qonağı olub.
Alimi İnstitutun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev qəbul edib. Görüşdə Güney Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru Mətanət Abbasova və şöbənin böyük elmi işçisi Lalə Şabanova iştirak ediblər.
Hikmət Quliyev Azərbaycan folklorşünaslığının müasir tədqiqat istiqamətləri, milli folklor irsinin toplanması və öyrənilməsi, ənənəvi folklorun rəqəmsal kommunikasiya mühitində transformasiyası və internet folklorunun formalaşması məsələlərinə toxunub. O, həmçinin Azərbaycan və Türkiyə folklorşünasları arasında elmi əməkdaşlığın genişləndirilməsi perspektivlərini diqqətə çatdırıb.
Dr. Gülcan Kızılözen Güney Azərbaycan folklorunun zənginliyindən, bu irsin toplanması və tədqiqi zamanı qarşıya çıxan metodoloji və təşkilati çətinliklərdən bəhs edib. Alim folklor materiallarının canlı daşıyıcılardan qeydə alınmasının, onların sosial-mədəni kontekstinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə, həmçinin türk xalqlarının folklor ənənələrinin müqayisəli-tipoloji tədqiqi, epik yaradıcılıq, mərasim folkloru və xalq inancları, ortaq mədəni yaddaşın öyrənilməsi istiqamətində elmi təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, Dr. Gülcan Kızılözen Azərbaycan-Özbəkistan elmi-mədəni əlaqələri çərçivəsində keçirilən “Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda beynəlxalq elmi konfransda da iştirak edib.
Elmi görüş Azərbaycan və İnönü Universitetinin Türk Dili və Ədəbiyyatı Bölməsinin Türk Xalq Ədəbiyyatı kafedrasının müdiri Dr. Gülcan Kızılözen AMEA Folklor İnstitutunun qonağı olub.
Alimi İnstitutun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev qəbul edib. Görüşdə Güney Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru Mətanət Abbasova və şöbənin böyük elmi işçisi Lalə Şabanova iştirak ediblər.
Hikmət Quliyev Azərbaycan folklorşünaslığının müasir tədqiqat istiqamətləri, milli folklor irsinin toplanması və öyrənilməsi, ənənəvi folklorun rəqəmsal kommunikasiya mühitində transformasiyası və internet folklorunun formalaşması məsələlərinə toxunub. O, həmçinin Azərbaycan və Türkiyə folklorşünasları arasında elmi əməkdaşlığın genişləndirilməsi perspektivlərini diqqətə çatdırıb.
Dr. Gülcan Kızılözen Güney Azərbaycan folklorunun zənginliyindən, bu irsin toplanması və tədqiqi zamanı qarşıya çıxan metodoloji və təşkilati çətinliklərdən bəhs edib. Alim folklor materiallarının canlı daşıyıcılardan qeydə alınmasının, onların sosial-mədəni kontekstinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə, həmçinin türk xalqlarının folklor ənənələrinin müqayisəli-tipoloji tədqiqi, epik yaradıcılıq, mərasim folkloru və xalq inancları, ortaq mədəni yaddaşın öyrənilməsi istiqamətində elmi təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, Dr. Gülcan Kızılözen Azərbaycan-Özbəkistan elmi-mədəni əlaqələri çərçivəsində keçirilən “Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda beynəlxalq elmi konfransda da iştirak edib.
Elmi görüş Azərbaycan və Türkiyə folklorşünasları arasında əməkdaşlığın genişləndirilməsi və türk xalqlarının ortaq folklor irsinin qarşılıqlı öyrənilməsi baxımından əhəmiyyət daşıyır.





