Xəbərlər

Türkmənistan ABŞ-ın məhdudiyyətlərindən narahatlığını bildirib

Türkmənistan tərəfi respublika vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyətlər tətbiq edilməsi barədə məlumatların yayılmasından narahat olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“KİV-də Türkmənistan vətəndaşlarının ABŞ-a girişinə qismən qadağa tətbiq edilməsi ilə bağlı xəbərlərin yayılması ilə əlaqədar Türkmənistanın Xarici İşlər Nazirliyi bildirir ki, belə bir qərar Türkmənistan tərəfində həddindən artıq anlaşılmazlıq və narahatlıq yaradır”, – nazirlikdən bildirilib.