Xəbərlər

Tusk Rusiya ilə sərhəddə hərbi mövcudluğunun artırılmasını təklif edib

Polşanın Baş naziri Donald Tusk Rusiya ilə sərhəddə Avropa qoşunlarının mövcudluğunun artırılmasının nəzərdən keçirilməsini təklif edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

“Mən həmçinin Rusiya və Belarusla sərhədlərdə Avropa və NATO qoşunlarının mövcudluğunun artırılması zərurətindən danışacağam. Biz indi Ukraynaya təhlükəsizlik təminatlarından çox danışırıq, lakin biz özümüz təhlükəsiz olmalıyıq ki, faktiki olaraq kiməsə təhlükəsizlik zəmanəti verək. Avropada etməli olduğumuz ilk şey Avropa sərhədlərini, xüsusilə Rusiya və Belarusla olan sərhədi, Baltik dənizi, hava məkanı və kiberməkanı qorumaqdır”, – Baş nazir əlavə edib.

Qeyd edək ki, Tusk həmçinin martın 2-də Londonda bir sıra Avropa ölkələrinin liderlərinin görüşündə alyansın baş katibi Mark Rutte ilə Rusiya və Belarusla sərhədlərə əlavə NATO qoşunlarının yerləşdirilməsi ideyasını müzakirə edib.