“Ukrayna nümayəndə heyəti Vaşinqtonun iki ölkə arasında təklif etdiyi iqtisadi əməkdaşlıq sazişini müzakirə etmək üçün ya bu həftənin sonu, ya da gələn həftənin əvvəlində ABŞ-a səfər edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.
“Saziş bizim tərəfimizdən hazırdır. Biz inanırıq ki, bu, Amerika xalqı, Ukrayna xalqı və sülh prosesi üçün çox vacibdir”, – nazir qeyd edib.



