Ukrayna nümayəndə heyəti Rusiya ilə birbaşa danışıqların ikinci raundu üçün İstanbula səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Georgi Tıxyi məlumat verib.
Verilən məlumata görə, görüşün günün ikinci yarısında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Rusiya nümayəndə heyəti bir gün əvvəl İstanbula səfər edib.