“Ukrayna qoşunları son sutka ərzində Belqorod vilayətinə hücum etmək üçün 13 pilotsuz təyyarədən istifadə edib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.
Qeyd edilib ki, Mərmi və PUA hücumları Belqorod və Krasnoyaruzski rayonlarında, həmçinin Valuyski, Qrayvoronski və Şebekinski şəhər rayonlarında qeydə alınıb.
“Krasnoyaruzski rayonunun Starosele kəndi minaatanlardan atəşə tutulub, dörd hücum qeydə alınıb. Şebekinski şəhər rayonunda Novaya Tavoljanka kəndi və Krasnoye qəsəbəsinə iki minaatan mərmisi atılıb. Xəsarət alan yoxdur”, – Qladkov qeyd edib.