Xəbərlər

Ukraynanın Rusiyaya hücumu nəticəsində 2 nəfər ölüb, Neft Emalı Zavodu yanıb

“Ukrayna Rusiyaya pilotsuz uçuş aparatı (PUA) hücumu dalğasına başlayıb və Krıma zərbə endirib, ən azı 2 nəfər həlak olub və neft emalı zavodunu yandırıb”.

“Füyuzat”ın məlumatına görə bunu Rusiya rəsmiləri deyib.

“Hücum Kiyevin son həftələr ərzində həyata keçirdiyi ən böyük hava hücumu olub və Rusiya qüvvələri Ukraynanın işçi qüvvəsi çatışmazlığından və ABŞ hərbi yardımının çatdırılmasında gecikmələrdən istifadə edərək, Ukraynanın şimal-şərqində cəbhə xətti boyunca irəlilədiyi vaxta təsadüf edir”, – rəsmilər vurğulayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ölkənin cənubunda, eləcə də ilhaq edilmiş Krım və Qara dənizdə Ukraynaya məxsus 100-dən çox hava və dəniz PUA-sını məhv edildiyini bildirib.