Xəbərlər

Ukraynaya verilən F-16-ların bəziləri ölkə hüdudlarından kənarda yerləşdiriləcək

Ukraynanın Qərb ölkələrindən gözlədiyi F-16 qırıcılarından bəziləri ölkə hüdudlarından kənarda təhlükəsiz aerodromlarda yerləşdiriləcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının (AFU) aviasiya rəisi Sergey Qolubtsov məlumat verib.

“Müəyyən sayda F-16 təyyarələri var ki, onlar burada hədəfə çevrilə bilərlər. Ona görə də, onların Ukraynada deyil, təhlükəsiz bazalarda yerləşdirilməsi daha məqsədəuyğun olacaq”, – o bildirib.

Qolubtsov həmçinin qeyd edib ki, F-16-ları Ukraynadakı aerodromlara yerləşdirmək üçün ən azı iki “Patriot” hava hücumundan müdafiə sistemi, iki NASAMS hava hücumundan müdafiə sistemi və bir neçə “Gepard” özüyeriyən zenit silahı tələb olunacaq.