Xəbərlər

UNICEF: 2023-cü ildə Myanmada minalar və partlayıcılar 1052 mülki şəxsin ölümünə səbəb olub

2023-cü ildə Myanmada mina və digər partlayıcı maddələrin partlaması nəticəsində 1052 mülki şəxs həyatını itirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) açıqlama verib.

UNİCEF-in verdiyi açıqlamada Myanmarda paytaxt Nepido istisna olmaqla, demək olar ki, bütün əyalət və bölgələrdə minaların olduğu və bunun təşviş doğurduğu bildirilib.

Həmçinin açıqlamada, 2023-cü ildə Myanmada mina və digər partlayıcı maddələr səbəbindən 1052 mülki şəxsin həyatını itirdiyi və bu insanların 20 faizinin uşaq olduğu qeyd edilib.