Xəbərlər

UNRWA: Qəzzada tədarüklər azalıb:

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzzada yardım ehtiyatlarının tükəndiyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “UNRWA” yazılı açıqlama yayıb.

Açıqlamada böhranın İsrailin bir aydan çox müddətdir humanitar yardım və kommersiya materiallarının bölgəyə girməsinə icazə verməməsi səbəbindən yarandığı bildirilib.

“Blokada sona çatmalı və humanitar yardımın bölgəyə yenidən daxil olmasına icazə verilməlidir”, – məlumatda bildirilib.