“Vaşinqton Tayvana profilaktik məqsədlər üçün silah tədarükünü davam etdirməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə gələcək köməkçisi Mayk Uolts deyib.
“Ukraynadan öyrənməli olduğumuz dərslərdən biri odur ki, müttəfiqləriniz hücuma məruz qaldıqdan sonra onları silahlandırmağa çalışmayın. Hücuma məruz qalmamaq üçün onları təcavüzdən əvvəl silahlandırmağa cəhd etməlisiniz. Tayvanın satınalmalarına gəlincə, biz mütləq yığılmış geriləmələri aradan qaldırmağa çalışacağıq”, – Uolts əlavə edib.