ABŞ-ın Milli Təhlükəsizlik Müşaviri vəzifəsinə namizədliyi irəli sürülən Mayk Uolts ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında planlaşdırılan görüşə hazırlıqların davam etdiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Uolts “ABC News”a açıqlamasında bildirib.
“Prezident Trampın nöqteyi-nəzərindən qarşı tərəflə əlaqə və dialoq qurmadan razılığa gələ bilməzsiniz. Önümüzdəki aylarda bu dialoqu mütləq quracağıq” , – Uolts qeyd edib.