Xəbərlər

USAID Hindistandakı fəaliyyətini dayandırıb

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Hindistandakı ofisi Vaşinqtondan Cənubi Asiya Respublikasındakı fəaliyyətini növbəti xəbərdarlığa qədər dayandırmaq barədə göstəriş alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times of India” mənbələrə istinadən məlumat yayıb.

“USAID proqramlarının dayandırılması Amerikanın Hindistanın səhiyyə orqanlarına yardım göstərməsinə, həmçinin Hindistan və ABŞ vətəndaş cəmiyyəti təşkilatları arasında təhsil və iqlim dəyişikliyi sahələrində gələcəkdəki əməkdaşlığın inkişaf etməsinə mənfi təsir göstərəcək. Beynəlxalq yardımın ümumi azalması səbəbindən Yeni Dehlidə maliyyə çətinlikləri yarana bilər”, – məlumatda bildirilib.