“Birləşmiş Ştatlar beynəlxalq və ikitərəfli proqramları maliyyələşdirməyi dayandırdığı üçün ən azı 70 ölkə ciddi sağlamlıq problemləri ilə üzləşib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“Maliyyənin hələ elan edilmədən geri çəkilməsi ən azı 70 ölkədə səhiyyə xidmətlərində böyük fasilələrə səbəb olub. Biz informasiya sistemlərində və təchizat zəncirlərində pozuntular, səhiyyə müəssisələrinin bağlanması, tibb işçiləri arasında iş yerlərinin itirilməsi və sağlamlıq xərclərinin artdığını görürük”, – o əlavə edib.