“Qəzza zolağında bütün xəstəxanaların ən azı 94%-i zədələnib və ya dağıdılıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.
“Qəzza zolağındakı 36 xəstəxanadan yalnız 19-u ciddi dərman, tibb işçilərinin çatışmazlığına və təhlükəsizlik problemlərinə baxmayaraq fəaliyyətini davam etdirir. Onlardan 12-si müxtəlif tibbi xidmətlər göstərir, qalanları isə yalnız əsas və təcili yardım göstərə bilir”, – məlumatda bildirilib.