“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bunu təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
“ÜST-nin Suriyadakı qrupları səhiyyə xidmətlərinin davamlılığını təmin etmək üçün yerlərdə işləyirlər. Biz sağlamlıq xidmətlərinə ehtiyacı olan, uzun müddət əziyyət çəkən Suriya əhalisinə dəstək veririk. Səhiyyə işçiləri, obyektlər, nəqliyyat və təchizat qorunmalıdır. Biz bütün tərəfləri bu tələbi yerinə yetirməyə çağırırıq”, – o vurğulayıb.