“Çin və Avropa İttifaqı (Aİ) arasında qarşılıqlı əlaqə böyük strateji əhəmiyyət kəsb edir və onların münasibətləri bütün dünyaya təsir edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəhbəri Vanq Yi mətbuat konfransı zamanı deyib.
“Çin və Avropanın ümumi iqtisadi ölçüsü qlobal iqtisadiyyatın üçdə birini ötür və Çin-Aİ əməkdaşlığının bütün dünyaya böyük strateji əhəmiyyəti və təsiri var”, – Vanq Yi qeyd edib.