“Çin Xalq Respublikası (ÇXR) heç vaxt Avropa İttifaqı (Aİ) üçün problem mənbəyi olmayıb və olmayacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.
“Avropa müxtəlif çağırışlarla üzləşir, lakin onların heç biri keçmişdə, indi və gələcəkdə Çinlə bağlı olmayıb, deyil və olmayacaq. Aİ ÇXR haqqında obyektiv və rasional baxış formalaşdıracaq və ona qarşı daha müsbət və praqmatik siyasət aparacaq. Çin hakimiyyəti Avropa tərəfi ilə qarşılıqlı əlaqədə onun rasional və praqmatik mövqeyinə ümid edir”, – nazir əlavə edib.